Şəmkirdə siyahıyaalma QALMAQALI
    • 5-12-2019, 00:58
    • 845

Şəmkirdə siyahıyaalma QALMAQALI "Məmur onlarla sayıcının maaş kartlarını əlindən aldı"

Azərbaycanda maaş kartlarını cibinə doldurmaq yolu ilə büdcə pullarının mənimsənilməsinə dair daha bir faktın üstü açılıb.
 
News24.az Virtualaz.org istinadən xəbər verir ki, Şəmkirdə məmur əhalinin siyahıya alınması kampaniyası üçün muzdla cəlb edilmiş onlarla işçinin əmək haqqı kartlarını zorla onların əlindən alıb.

Bu hadisə Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş verib. Zəyəm  inzibati dairəsi üzrə qəsəbəsi nümayəndəsi Vazeh Vəliyev siyahıya alınmada işə cəlb edilmiş 27 nəfər qəsəbə sakininin maaş kartını mənimsəyib. Əhalinin siyahıyaalınmasında müvəqqəti işçi kimi çalışan bu şəxslər gördükləri işin müqabilində əmək haqqı ala bilmirlər.

Sakinlər maaş kartlarının əllərindən alınması barədə  sosial şəbəkələrdə videomüraciət də yayıblar. Şikayətçilər deyirlər ki,  qəsəbə nümayəndəsi  onlara hədə-qorxu gələrək maaş kartlarını əllərindən alıb.