Bakıda Türkiyəli kişilərdən qadına qarşı İYRƏNC HƏRƏKƏT – BAĞ EVİNDƏ...
    • 29-07-2019, 17:18
    • 825

Bakıda Türkiyəli kişilərdən qadına qarşı İYRƏNC HƏRƏKƏT – BAĞ EVİNDƏ...

Bakıda Türkiyə vətəndaşlarının azərbaycanlı qadının evindən oğurluq etdiyinə görə açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Xəzər Rayon polis İdarəsində Haydar Atar, onun oğlu Tuncay Atar, Fırat Yüksel, Şükran Atar və Erhan Gezici barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni, oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə açılan işin materialları Xəzər Rayon Məhkəməsinə göndərilib. İş hakim Tərlan Əkbərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 7-də keçiriləcək.

Qeyd edək ki, 3-ü bir ailənin üvzü olan Türkiyə vətəndaşları N.Xanbutayevanın bağ evindən xeyli miqdarda əmlakı oğurlamaqda təqsirli bilinir.