Yevda Abramovla vida mərasimi keçirilir
    • 8-12-2019, 12:03
    • 879

Yevda Abramovla vida mərasimi keçirilir

Dekabrın 6-da 71 yaşında dünyasını dəyişən Milli Məclisin deputatı Yevda Abramovla Quba Rayon Mədəniyyət Mərkəzində vida mərasimi keçirilir.
News24.az xəbər verir ki, mərasimdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, millət vəkili Vahid Əhmədov, Xaçmaz və Quba rayonlarının icra başçıları, mərhum deputatın qızı Fərəh Yusifova və başqaları iştirak edirlər. 
Xatırladaq ki, Y. Abramov onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə uzun müddət İsraildə müalicə alıb. İki gün əvvəl isə o, müalicəsini davam etdirdiyi Mərkəzi Klinikada vəfat edib.