USD 1.7
EUR 1.8748
TRY 0.2858
RUB 0.0273
  • Bakı 6°C
  • ŞUŞA 5°C
  • GƏNCƏ -2°C
  • LƏNKƏRAN -8°C
  • ŞƏKİ -3°C
  • QUBA 5°C
  • NAXÇIVAN -5°C

Azərbaycanda vəzifəli şəxs qəza törətdi: Arvadı öldü

Kriminal

Mətn ölçüsü

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.


News24.az xəbər verir ki, hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb.


Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.


Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.


Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: