Xanımlara ŞAD XƏBƏR –  “Hyaluron qələm” aparatı AZƏRBAYCANDA FOTO - VİDEO
    • 9-12-2019, 15:14
    • 1 327

Xanımlara ŞAD XƏBƏR – “Hyaluron qələm” aparatı AZƏRBAYCANDA FOTO - VİDEO

Azərbaycanda ilk dəfə olaraq üzə iynəsiz, ağrı olmadan mezoterapiya, filler gel tətbiq edilən “Hyaluron qələm” aparatı təqdim olunub.

News24.az xəbər verir ki, sözügedən proseduru həyata keçirən aparatı əyani şəkildə Rusiyadan gələn həkim kosmetoloq Yuliya Dumanskaya nümayiş etdirib. Seminarda çıxış edən iş adamı, “Happy Woman Bio Beauty Academy ”nin rəhbəri Sevda Sədiyeva “Hyaluron qələm” aparatının üstünlükləri barədə danışıb. 


Onun sözlərinə görə, aparat iynəsiz üzə həm mezoterapiya, həm də filler gel yeritməsinə köməklik edir: “Bilirsiniz ki, qadınlar daha çox üzə iynə vurulan zaman stress yaşayırlar. Bu aparatla keçirilən prosedurdan sonra qorxuya, stressə son qoyulacaq. “Hyaluron qələm”dən istifadə çox asandır. Belə ki, təzyiq ilə mezo və gellər üzə vurulur. Bu zaman ağrı hiss olunmur. Göyərmə qorxusu yoxdur. Bu proses keyidicisiz aparılır. Bütün amillər bizim xanımları çox sevindirib. Baxmayaraq ki, yenidir, artıq maraqlananların sayı çoxdur”. 




Sevda Sədiyevanın sözlərinə görə, “Hyaluron qələm” aparatının təsisçisi Yuliya Dumanskayadır. Onun beynəlxalq dərəcəli sertifikatları var və bütün dünyada öz təlimlərini tədris edir: “ “Sky art” qrupunun da rəhbəri olan bu xanımın işi mənim diqqətimi xarici sərgilərin birində cəlb etdi.
Düşündüm ki, bu doğurdan da bizə çox gərəklidir. Bu səbəbdən biz Yuliya xanımı bura dəvət etdik. O, bu gün həkim kosmetoloqlarımıza bu aparatın sirlərini, istifadə və təhlükəsizlik qaydalarını öyrətdi. Seminarın sonunda sertifikatlar verildi. Düşünürəm ki, artıq bizim mütəxəssislər də bu aparatdan istifadə edə bilərlər. Ümumiyyətlə, biz yenilikləri çox sevirik, çalışırıq ki, hansı yeniliklər varsa, ilk olaraq ondan istifadə edək. Kim bu xidmətdən istifadə etmək istəsə, bu zaman ilk olaraq ona təlim keçiriləcək, eyni zamanda, aparatdan istifadə zamanı lazım olan dolğu və mezoları təqdim edəcəyik. Qiyməti də digər aparatlarla müqayisədə münasibdir. Əldə etmək istəyən hər kəs müraciət edə bilər”. 


Gözəllik Akademiyasının rəhbəri onu da bildirib ki, sözügedən aparatın təqdimatı ilk dəfə olaraq Azərbaycanda keçirilib. Yaxın gələcək üçün “Happy Woman Bio Beauty Academy" daha bir yeniliyə imza atacaq. 

@ happy_women_bio_academy 
Tel: 055- 504-43-13 


Afaq Mirayiq 
Foto, Video: Fərid Şabanov