Altı dəfə öldü-dirildi - Dünya bu qadından danışır
    • 27-06-2019, 17:03
    • 815

Altı dəfə öldü-dirildi - Dünya bu qadından danışır

Amerikanın Kaliforniya ştatında dünyanı şoka salan hadisə baş verib.

News24.az-ın xəbərinə görə, “Daily Mail”də dərc olunan bu məlumat hər kəsi dəhşətə gətirib. 
Xəbərə görə, Tina Hanes adlı bir qadın 6 dəfə ölüb dirilib. Və sonuncu dəfə “dirildikdə” yanındakılardan kağız-qələm istəyib və vərəqə “O, gerçək!” sözlərini yazıb.
 
Bu hadisəni Tinanın bacısıqızı Medi sosial şəbəkədə paylaşıb.
 
Bildirib ki, xalası ürək tutmasından altı dəfə ölüb-dirilib. Dörd dəfə həkimlər, iki dəfə də həyat yoldaşının köməyi ilə həyata qaytarılıb: “Tina xalam ağır ürək tutmaları keçirib. Xalamın əri Brian onu xəstəxanaya gəlməzdən qabaq iki dəfə ayıldıb. Xəstəxanada həkimlər onun öldüyünü dedilər. Daha sonra onu defibriliatora qoşdular. Bundan sonra isə əsl möcüzə baş verdi. Xalam “dirildi”. Gözünü açar-açmaz kağız-qələm istədi. Və kağıza “O gerçək!” sözünü yazdı. Hamımız onun üzünə təəccüblə baxıb “Gerçək olan kimdir?” deyə soruşduq. O isə əli ilə göy üzünə işarə elədi.