Bakıda akademiya rəhbərinə cinayət işi açıldı – 35 nəfəri…
    • 10-12-2019, 12:27
    • 986

Bakıda akademiya rəhbərinə cinayət işi açıldı – 35 nəfəri…

Bakıda fəaliyyət göstərən “Elite Academy” təhsil mərkəzinin rəhbəri Rüstəm Kərimzadə barəsibndə açılmış cinayət işinin ibtidaı istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, R.Kərimzadə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinibn 178.3.2-ci, yəni, dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş üzrə 35 nəfər zərərçəkmiş şəxs qismində qeydə alınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində R.Kərimzadə barəsindəki işə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki,  “Elit Academy” 2012-ci ildə qurulmuş xaricdə təhsil şirkətidir. Azərbaycandan Türkiyə Universitetlərinə tələbələri istənilən təhsil səviyyəsi üzrə göndərməklə fəaliyyətə başlayan şirkət tək Azərbaycandan deyil, İraq, İran, Gürcüstan, Özbəkistan və s. ölkələrdən Türkiyə universitetlərinə tələbə göndərir.