"Güclərimizi birləşdirməliyik..."- Koreya Statistika Komitəsinin sədri
    • 11-12-2019, 11:38
    • 667

"Güclərimizi birləşdirməliyik..."- Koreya Statistika Komitəsinin sədri

Azərbaycanın gələcək hədəflərə nail olmaq üçün dəqiq statistikadan istifadə etməsi vacibdir. Çünki hər bir məlumat hər bir ölkənin və şirkətin düzgün rəqabətliliyinin artırılması üçün əsas məsələdir".

News24.az xəbər verir ki, bunu rəsmi statistik məlumatların istehsalında IKT və kadr potensialının gücləndirilməsi mövzusunda keçirilən konfransda Koreya Statistika Komitəsinin sədri Shin-vook Kang deyib.

Onun sözlərinə görə, indiki qlobal cəmiyyətdə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün birlikdə iş aparmaq lazımdır:"Biz ayrı-ayrılıqda deyil, birlikdə güclərimizi birləşdirməliyik və müasir tələblərə cavab vermək üçün birlikdə mübarizə aparmalıyıq. Bu baxımdan beynəlxalq statistika qurumları bütün statistik məlumatları hazırlamaq üçün güclərimizi birləşdirməliyik. Bu, yalnız bir ölkənin işi deyil, bütün ölkələr öz təcrübələrini bir-birləri ilə bölüşdürməli, innovativ inkişafa nail olmaq üçün birlikdə çalışmalıdırlar".

Shin-vook Kang əlavə edib ki, Azərbaycan 2016-cı ildə təsdiqlənən milli iqtisadi yol xəritəsi və mikroiqtisadi inkişaf strategiyasına uyğun olaraq, dinamik inkişaf edir.

O hesab edir ki, Koreya və Azərbaycan arasında statistika sahəsində əməkdaşlığın qurulması bu sahədə ciddi irəliləyişlərə səbəb olacaq və istənilən nəticə əldə olunacaq:" Biz - statistika sahəsində çalışanlar parlaq gələcək naminə dünyanın şəffaf gözü olmalıyıq. Koreya qısa müddətdə iqtisadi gücünü artıra bilən, bu sahədə böyük təcrübəyə sahib olan bir ölkədir. Bu sahədə statistika orqanlarının dəstəyi heç də az olmayıb".

Afaq Mirayiq