"Dəqiq, milli statistikanın hazırlanması..." - SƏFİR
    • 11-12-2019, 13:16
    • 647

"Dəqiq, milli statistikanın hazırlanması..." - SƏFİR

"1992-ci ildə diplomatik münasibətlər qurulduqdan bəri Koreya və Azərbaycan bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdədir".

News24.az-ın xəbərinə görə, bunu Koreya Respublikasının Azərbaycandakı fövqəlada və səlahiyyətli səfiri Tong-op Kim rəsmi statistik məlumatların istehsalında IKT və kadr potensialının gücləndirilməsi mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, iki ölkə liderlərinin qarşılıqlı səfərləri də daxil olmaqla ölkələr arasında yüksək səviyyədə qarşılıqlı münasibətlər davam etdirilməkdədir:" Bunun bariz nümunəsi kimi bu ilin oktyabr ayında Koreya Milli Assembleyası Milli Məclisi sədrinin Azərbaycana rəsmi səfərini göstərmək olar. Hər iki ölkənin şirkətləri arasında tikinti, İT və istehlak mallarının idxalı kimi müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq davam etməkdədir. Bundan əlavə, Koreya mədəniyyətində populyarlığı ilə seçilən qlobal tədbirlər fonunda Azərbaycanda da Koreya adət-ənənələrini və mədəniyətini tanıdan ictimai, diplomatik tədbirlər həyata keçirilməkdədir.

Səfir onu da qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafı üçün göstərilən səylər arasında beynəlxalq əməkdaşlıq layihələri də həyata keçirilməkdədir. Beynəlxalq İnkişafa Yardım sahəsində əməkdaşlıq və qrant layihələri də həyata keçirilməkdədir. Koreya dünyanın ən kasıb ölkələri siyahısında olmasına baxmayaraq qısa müddətdə modernləşmə və sənayeləşməyə nail olan ölkələrdən biridir. Koreya nəinki Tokio Beynəlxalq Əməkdaşlıq təşkilatı ilə, digər qurumlarla da qrant layihələr həyata keçirməkdədir. Bu gün təqdim edilən Azərbaycan statistika potensialı layihəsi ikili əməkdaşlığın bariz nümunəsidir.

Koreya Statistika Komitəsinin sədrinin dediyi kimi doğru-dürüst statistika ölkəmizin iqtisadi sosial inkişafı üçün ən vacib amillərdən biridir".

Səfirin sözlərinə görə, bu gün Azərbaycan zəngin təbii sərvətlərə malik ölkə olmaqla yanaşı, qeyri-neft sektorunu təşviq edən Dövlət Proqramını həyata keçirməkdədir:" Bu ciddi prosesdə dəqiq milli statistikanın hazırlanması və təmin edilməsi Azərbaycanın bugünkü və gələcək istiqamətini göstərməyə xidmət edəcək. İki ölkə arasında statistika sahəsində həyata keçirilən bu əməkdaşlığın əhəmiyyətli olacağına və bu işə böyük töhvə verəcəyinə əminəm".

Afaq Mirayiq