-
- 14-12-2019, 14:24
- 1 019
Tezıiklə Şahdağda ödənişsiz xizək dərsləri açılacaq
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar olaraq KİV nümayəndələri üçün press-tur təşkil olunub.
News24.az xəbər verir ki, press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar.
Media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar.
Press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri: 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda məlumat verilib.
Mətbuat komfransında açıqlama verən "Şahdağ” Turizm Mərkəzinin rəhbəri Rodderich Leffler ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun məqsədi haqqında danışıb. O, “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumat verib:"Bu il "Şahdağ" turizm kompleksində həm əyləncələr, həm də restoran bölməsində qiymətlər 15 faiz endirilib. Keçən il qiymətlərin yüksək olması ilə bağlı bəzi nüanslar var idi: "Komanda ilə birgə təhlil etdik. Qiymət siyasətində optimallaşdırma həyata keçirdik".
Leffler qeyd edib ki, istər yerli, istərsə də xarici turistlərin qış turizminə marağı var: "Ötən illə müqayisədə növbəti həftələrdə 5 faizə yaxın artım nəzərdə tuturuq. Bu il daha yaxşı nəticələr əldə edəcəyimizə inanırıq. Turistlərin çoxunu yerli turistlər təşkil edir. Bu da Şahdağın paytaxta yaxın olması ilə əlaqədardır".
Leffler onu da vurğulayıb ki, xarici turistlər arasında qonşu ölkələrdən gələnlər üstünlük təşkil edir. Belə ki, ilk sırada Rusiya vətəndaşlarıdır: "Sonrakı yerdə Qazaxıstan gəlir. Həmçinin, digər ətraf ölkələrdən və Avropadan da turistlər gəlir'.
Mərkəzin rəhbəri "Şahdağ"da təhlükəsizlik məsələlərinə də münasibət bildirib:"
"Komanda intensiv təlimlərdən keçib. Kompleks ərazisində 7/24 saat klinika fəaliyyət göstərir. Burada təkcə ilkin kömək üçün yox, cərrahi əməliyyatlar üçün də lazımi avadanlıqlar var. Dağda çalışan komanda təcrübəlidir".
Leffler bildirib ki, bu gün son 6 ildə ilk dəfə olaraq açılış mövsümündə sürüşmə zolaqlarının hamısı aktiv şəkildə turistlərə təqdim edilib: "Əvvəlki illərdə havanın temperaturuna görə bütün zolaqları açmaq mümkün olmamışdı. Lakin bu il biz buna nail olduq".
Leffler daha bir yenilik barədə məlumat verib:"Yaxın vaxtlarda uşaqlar üçün xizək dərsləri təşkil ediləcək. Bu ödənişsiz olacaq".
Afaq Mirayiq