Tanınmış aparıcının qardaşı ÇAYDA BATDI - VİDEO
    • 17-12-2019, 12:29
    • 1 868

Tanınmış aparıcının qardaşı ÇAYDA BATDI - VİDEO

ATV-də yayımlanan "Üçümüz" verilişinin növbəti qonağı tele-aparıcı Aytən Səfərova olub.

News24.az xəbər verir ki, aparıcı verilişdə qardaşının ölümündən danışarkən, göz yaşlarını saxlaya bilməyib: "Rusiyada böyümüşəm, balaca qardaşım var idi. O vaxt Fərman Salmanov adlı şəxs azərbaycanlıları aparırdı Rusiyaya işləməyə. Biz də getmişdik. Orada qardaşım çayda batdı, anamın ad günündə tapıb gətirdilər. Hər gecə mənlə yatırdı. Sonuncu gün yanımdan düşüb yerdə pişiklə birlikdə yatmışdı. Gedəcəyini elə bil hiss etmişdi. O gündən anam da xəstədir. Mən gördüm valideyn 1 gündə necə qocalar. Heç bir valideynə övladın tabutunu çiynində aparmağı nəsib etməsin. Çox qorxuludur. Ağlaya da bilmirəm. Yuxumuza gəlir ki, ana, ata, bacı, qardaş ağlamayın, yerim su olur. 1989-cu ilə görə gələcəyimi qurban verərdim ki, kaş uşağı buraxmazdım".

Sevda Bayramova