Azərbaycanlı aparıcı xərçəngdən dünyasını dəyişdi
    • 4-01-2019, 15:32
    • 2 323

Azərbaycanlı aparıcı xərçəngdən dünyasını dəyişdi

Tanınmış aparıcı Ceyran Nəriman bu gün vəfat edib. 

News24.az xəbər verir ki, aparıcı uzun zamandır xərçəng xəstəliyi ilə mübarizə aparırdı. 

Ceyran Nərimanın yas mərasimi Babək prospektində yerləşən mənzillərində keçiriləcək.

Qeyd edək ki, Ceyran Nəriman əmək fəaliyyətinə teatrda başlayıb. Daha sonra isə bir çox media qurumlarında, xüsusilə də uzun illər Space TV-də çalışıb. Hazırda DTV-də yayımlanan "Birlikdə" verilişinin aparıcısıdır.

//News24.az