Niyam canlı efirdə AĞLADI
    • 7-01-2020, 13:02
    • 601

Niyam canlı efirdə AĞLADI

Bir müddət öncə anasını itirən müğənni Niyam Salami Xəzər Televiziyasında yayımlanan "Hər şey daxil" verilişində qonaq olub.

News24.az xəbər verir ki, ifaçı ağır itkisindən danışan zaman göz yaşlarını saxlaya bilməyib: "Ana elə bir mövzudur ki, onun haqqında danışmaq çox çətindir. Mən baxıram verilişlərdə ata, anasına baxmayan övladlar var. Başa düşmürəm bu necə ola bilər axı. Mən rayonda böyümüşəm. Şəhər anaları ilə kənd analarının əziyyəti fəqlidir. Mən əziyyətlə böyümüşəm. Borcumdur anama, bacıma baxmaq. Amma anam üçün heç nə edə bilmədim, əlimdən heç nə gəlmədi. Burdan hamıya demək istəyirəm anaların qədrin bilin, onlara yaxşı baxın. Əgər, ananızın tikanlı əli üzünüzə dəyirsə bunun qədrin bilin". 

Sevda Bayramova