-
- 20-12-2019, 17:30
- 638
Hacıqabul gölünün bərpasına başlanılacaq
"Bütün ekoloji ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq, Hacıqabul gölünün bərpası prosesi başlanacaq".
News24.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ekspertiza idarəsinə rəy alınması üçün təqdim olunan dövlət əhəmiyyətli ən iri layihələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim olunan “Yuxarı Şirvan kanalının yenidən qurulması” layihəsidir ki, bunun da icrası nəticəsində Şirvan, Muğan zonasının əkin sahələri suvarma suyu ilə tam təhciz olunacaq, bölgədə kənd təsərrüfatının daha da inkişafına nail olunacaq: "Digər tərəfdən, indiyədək mövcud olan köhnə kanal ləğv ediləcək. Betonlaşdırılmamış köhnə Şirvan kanalında sızmalar nəticəsində daimi su itkisi baş verirdi və ətraf torpaqların şoranıaşması prosesi gedirdi. Bizim tərəfimizdən də aparılan araşdırmalar göstəriri ki, bu layihənin iqtisadi, sosial əhəmiyyəti ilə yanaşı, həm də böyük ekoloji əhəmiyyəti olacaq".
"Su itkisinin, ətraf bölgələrdə torpaqların şoranlaşmasının qarşısı alınacaq və ən əsası, bütün ekoloji ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq, Hacıqabul gölünün bərpası prosesi başlanacaq. Çünki yeni çəkiləcək Yuxarı Şirvan kanalından ekoloqların, ETSN-in tövsiyəsi ilə Hacıqabul gölünə ayrıca qol çəkiləcək. Əlbəttə ki, bu layihəyə də rəy verilməsi üçün yaxın vaxtlarda ictimai dinləmələr keçiriləcək, məsləhətləşmələr aparılacaq. Çünki birinci mərhələdə 4,7 kilometr ərazidə qazıntı, tikinti işləri gedəcək və ətraf mühitə müəyyən təsirlər göstəriləcək. Amma göründüyü kimi yəqin ki, dinləmələrdə də layihənin daha böyük əhəmiyyəti nəzərə alınacaq",- deyə, M.Qənbərov əlavə edib.