-
- 21-02-2020, 17:13
- 829
"Bəzi layihələrdə yaşıllıqlar gizlədilir" - İDARƏ RƏİSİ
Ekoloji ekspertiza üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunan bəzi layihələrdə ərazilərdəki mövcud yaşıllıqlar gizlədilir.
News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov deyib.
Onun sözlərinə görə, Dövlət Ekspertiza İdarəsində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ötən ildən başlayaraq ictimai dinləmələr keçirilir.
"İctimai dinləmələrdə layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edir və idarəyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunur, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetirilir, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilir. Bütün ekoloji layihələrə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir. Nazirlik sahibkarları da başa düşür və onların işlərinin gecikməsinin tərəfdarı deyil. Çünki nəticədə köhnə binalar yeniləri ilə əvəzlənir, şəhərimiz daha da gözəlləşir. Lakin bu məsələdə fərdi deyil, kompleks yanaşma olmalıdır. Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır".
M.Qəmbərov qeyd edib ki, təqdim olunan pilot layihələr zamanı bəzi ağaclar tikinti altına düşdüyündən onların bir qisminin köçürülməsinə, köçürülməsi mümkün olmayanların isə götürülməsi məsələlərinə baxılır və yekun rəy qəbul edilərkən tikinti üçün ayrılmış ərazinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur:
"Nazirlik sahibkarlara yeni inşa etdikləri binaların həyətində yaşıllıq salmaları üçün ağaclar verməyə də hazırdır. Qeyd edim ki, növbəti ictimai dinləmədə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması ilə bağlı təqdim olunan layihələr də müzakirəyə çıxarılacaq. İctimai dinləmə ötən həftə Gəncə şəhərində keçirilib və respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur".