"Agır romantik"in posteri İSTANBUL KÜÇƏLƏRİNDƏ - FOTO
    • 21-12-2019, 11:46
    • 1 111

"Agır romantik"in posteri İSTANBUL KÜÇƏLƏRİNDƏ - FOTO

Azərbaycanın iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə "Liatris Yapım"ın ərsəyə gətirdiyi "Ağır romantik" filminin posteri nümayış olunub.

News24.az xəbər verir ki, məşhur türkiyəli aktyorların rol aldığı "Ağır romantik" 2020-ci il fevralın 28-də böyük ekranlara çıxacaq. Ekran işi ilk olaraq İstanbulda baş tutacaq qala gecəsində türkiyəli izləyicilərə təqdim olunacaq. Daha sonra isə filmin Azərbaycanda geniş təqdimatı nəzərdə tutulub.

Filmin mövzusu:

Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. O, bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir. Çantasını tapıb qıza verir.

Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evliliyə qədər uzanan romantik eşq yaşayırlar.
Kərəm Aslının bələd olmadığı qaranlıq bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir.
Kərəmin atası (Altan Erkekli) İstanbulun ən böyük oğru dəstəsinə rəhbərlik edir. Aslının dayısı isə Təhlükəsizlik Müdiridir (Sermiyan Midyat) və məqsədi bu qarətçi dəstəni çökdürməkdir. Aslı və Kərəmin xoşbəxti anları sonunu unutmayacaqları nikah günü kulminasiyaya çatır.

Qeyd edək ki, ekran əsərinin informasiya dəstəkçisisi News24.az saytına məxsusdur.

Sevda Bayramova