Maştağada avtobus velosiped sürən qəsəbə SAKİNİNİ VURDU
    • 21-12-2019, 14:16
    • 668

Maştağada avtobus velosiped sürən qəsəbə SAKİNİNİ VURDU

Dekabrın 20-də saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Daewoo” markalı xətt avtobusu ilə yolun kənarı ilə velosiped sürən qəsəbə sakini Roman Nəsibov vurulub.

Daxili İşlər Nazirliyindən News24.az verilən məlumata görə, sürücü nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk edib.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Nəsibov orada ölüb.

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini X.Novruzov saxlanılıb