Yasamalda 30 yaşlı kişini maşınında güllələdilər
    • 23-12-2019, 00:30
    • 886

Yasamalda 30 yaşlı kişini maşınında güllələdilər

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib. 

News24.az xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb. 

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib.  

Ona ümumilikdə üç güllə vurulub.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Fakt araşdırılır. /Apa.az/