Bakıda atadan qızına qarşı CİNAYƏT
    • 7-12-2019, 11:57
    • 1 045

Bakıda atadan qızına qarşı CİNAYƏT

Bakıda qızını döyən ataya cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Nizami rayonu ərazisində qzı R.Süleymanovanı döyərək ona xəsarətlər yetirmiş N.Süleymanov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci, yəni, qəsdən sağlamlığa yüngül zərərvurma maddəsi ilə cinayət işi açılıb.

İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və hakim Ələddin Cəfərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası 11 dekabr tarixində keçiriləcək.