Leyla Əliyeva daun sindromlu uşaqlar üçün təşkil olunan şənlikdə -FOTOLAR
    • 24-12-2019, 22:54
    • 1 508

Leyla Əliyeva daun sindromlu uşaqlar üçün təşkil olunan şənlikdə -FOTOLAR

Dekabrın 24-də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Yeni il bayramı ilə əlaqədar şənlik təşkil olunub.
News24.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.
Leyla Əliyeva Mərkəzdə müalicə alan uşaqlarla söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib.
İncəsənət ustalarının çıxışları, hazırlanmış maraqlı şoular uşaqlara unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla tez-tez görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən müxtəlif tədbirlərdə və proqramlarda iştirak edir.