Bakı Dövlət Sirki köçür?
    • 19-10-2019, 01:14
    • 985

Bakı Dövlət Sirki köçür?

Bakı Dövlət Sirkinin köçürülməsi ilə bağlı məsələ müzakirə olunsa da, hələlik yeni tikiləcək binanın yeri məlum deyil.


News24.az xəbər verir ki, bunu açıqlamasında Bakı Dövlət Sirkinin Mətbuat xidmətinin rəhbəri Mahir Rəsuloğlu deyib.
Onun sözlərinə görə, Bakı Dövlət Sirkinin hazırkı binası köhnə olduğu üçün burada təmir işləri aparmaq çətindir: "Bu səbəbdən yeni, müasir tələblərə cavab verən binaya ehtiyac var. Bu istiqamətdə işlər gedir".M.Rəsuloğlu bildirib ki, Bakı Dövlət Sirki hansısa hazır binaya köçürülməyəcək: "Bunun üçün yeni bina tikilməlidir və bu istiqamətdə də iş aparılır. Həmin bina tikilib Bakı Dövlət Sirki üçün tam hazır vəziyyətə gətiriləndən sonra sirk ora köçürüləcək".