-
- 25-12-2019, 13:46
- 1 319
"Xaricdən gətirilən işlənmiş hibrid maşınları sahiblərinə problem yaradacaq" - Elməddin Muradlı
“Bu gün Azərbaycanda hibrid maşınlara maraq var. Amma, rüsumlar çox olduğuna görə, insanlar həmin avtomobillərin köhnə, işlənmiş modellərini ölkəyə gətirirlər. Düşünürəm ki, bu bizə gələcəkdə acı nəticələr göstərəcək”.
News24.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü il Dövlət Proqramı"nın müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirələrdə çıxış edərkən deyib. E.Muradlı həmçinin xaricdən gətirilən işlənmiş hibrid maşınların gələcəkdə sahiblərinə problemlər yaşada biləcəyini də vurğulayıb: “Misal üçün 2-3 ildən sonra bu avtomobillərin müxtəlif problemləri ortaya çıxacaq. Detalları tapa bilməyəcəklər və s. Bu da insanlar arasında hibrid maşınlara antipatiya yaradacaq. Azərbaycan vətəndaşı digər ölkələrin vətəndaşından üstündür. Təzə avtomobil təhlükəsizlik cəhətdən üstünlük deməkdir. Azərbaycanda yol nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artması sırf istismar müddəti ilə bağlıdır”.
Teymur Məmmədov