Yol hərəkətinin təhlükəsizliyi MÜZAKİRƏ OLUNACAQ
    • 25-12-2019, 11:36
    • 914

Yol hərəkətinin təhlükəsizliyi MÜZAKİRƏ OLUNACAQ

Bu gün Prezident İlham Əliyev tərəfindən 27 dekabr 2018-ci il tarixdə təsdiq edilmiş "Yol hərəkətinin təhlükəsizliyinə dair" (2019-2023) Dövlət Proqramının icrasının 1 illiyinə həsr edilmiş ictimai müzakirə keçirilib.

News24.az xəbər verir ki, əsasən ekoloji təmiz nəqliyyat vasitələrinin - hibrid və elektromobillərin ölkəmizə gətirilməsi, bu istiqamətdə stimullaşdırıcı addımların atılması və güzəştlər müzakirə edilib.

Tədbirdə DİN Baş DYP İdarəsindın Kamran Əliyev, Bakı şəhər DYP İdarəsindən Vaqif Əsədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Rasim Səttarzadə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Ramin Bayramov,  Toyota Azərbaycan şirkətindən  Sabir  Kazımzadə, millət vəkili Çingiz Qənizadə, Bakı Nəqliyyat Agentliyi, Yaşıllar Hərəkatı, İrəli İctimai Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər qurumlar, eləcə də nəqliyyat sahəsi üzrə ekspertlər, ictimai xadimlər iştirak edib.