-
- 25-12-2019, 15:39
- 1 417
Yanvarda qar yağacaqmı? - AÇIQLANDI
"Əhalinin daha uzun müddətli proqnozlara marağını nəzərə alaraq, yanvar ayında gözlənilən hava şəraitinin ümumi tendensiyası haqqında danışmaq olar".
News24.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tagiyeva brifinqdə bildirib. O qeyd edib ki, adətən Bakıda havanın orta minimal temperaturu müsbət 2,4 dərəcəyə yaxın olur. Çoxillik məlumatlara əsasən 1961-ci ildən başlayaraq yalnız 4 dəfə (1964 г.-1,10С 1969г. - 0,40С 1972 г.-2,30С 1977 г.-1,20С) ortaminimal temperatur mənfi olub. Son 30 ildə isə yalnız bir dəfə 2008-ci ildə mənfi orta minimal temperatur qeydə alınıb (-1,4)".
U.Tağıyevanın sözlərinə görə, ölkə üzrə dağlıq və dağəyi rayonlarda şaxtalı günlərin, o cümlədə qarlı günlərin sayının azalması müşahidə edilir:"Ümumdünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə, bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir".
Afaq Mirayiq