Şahin Diniyevin evi qarət olundu
    • 26-12-2019, 20:30
    • 1 379

Şahin Diniyevin evi qarət olundu

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin mənzili qarət edilib.
News24.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində baş verib. Diniyevin mənzilində olan ev əşyaları oğurlanıb. O, bundan sonra hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Araşdırma zamanı məlum olub ki, 53 yaşlı mütəxəssis mənzilini kirayə verib. Həmin mənzildə kirayə qalan qadın və onun tanışı ev əşyalarını elan saytına yerləşdirərək satıb. Daha sonra həmin qadın və tanışı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.