Bu şəxslərin adları YAP-ın seçki siyahısında: BƏLLİ OLAN NAMİZƏDLƏR
    • 27-12-2019, 16:05
    • 609

Bu şəxslərin adları YAP-ın seçki siyahısında: BƏLLİ OLAN NAMİZƏDLƏR

Hakim Yeni Azərbaycan Pariyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub.

Hakim partiyanın namizədlər siyahısı bəlli olsa da sənəd hələ ki ictimaiyyətə təqdim olunmayıb. Bununla belə Sfera.az özəl kanallarla YAP-ın namizədlər siyahısında yer alan bəzi şəxslərin kimliyini öyrənə bilib.

Əldə etdiyimiz məlumata görə, onlardan biri Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədovdur. Onun Sabirabad rayonundan namizəd olacağı dəqiqləşib.

YAP siyahısında yer alan şəxslərdən biri isə namizədliyinin Saatlı rayonundan irəli sürüləcəyi bildirilən Əziz Ələkbərlidir.
 
Hakim partiyanın siyahısında adları olan digər şəxslər isə bunlardır: Əli Hüseynli, Aydın Mirzəzadə, Səməd Seyidov, İqbal Məmmədov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Hüseynbala Mirələmov, Eldar İbrahimov, Naqif Həmzəyev, Oqtay Əsədov, Malik Həsənov, Cavanşir Paşazadə, Sahibə Qafarova, Nəsib Məhəməliyev, Nizami Cəfərov, Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Ağalar Vəliyev, Elman Nəsirov, Rəşad Mahmudov, Tahir Rzayev, Tahir Mirkişili, Nihad Allahyarlı, Samirə Quliyeva, Vasif Talıbov, İsa Həbibbəyli, Ziyafət Əsgərov, Siyavuş Novruzov, Seymur Orucov, Kamal Cəfərov.

Digər namizədlərin kimliyi ilə bağlı da məlumat verməyə çalışacağıq.