Bu gün Xankəndindən sonuncu azərbaycanlının qovulduğu gündür
    • 28-12-2019, 01:47
    • 599

Bu gün Xankəndindən sonuncu azərbaycanlının qovulduğu gündür

28 dekabr Azərbaycanın respublika tabeli şəhəri – Yuxarı Qarabağın mərkəzi olan Xankəndinin işğal günüdür.

News24.az bildirir ki, Xankəndi 28 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və orada separatçı rejim yaradılıb. Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıb.