-
- 30-12-2019, 13:48
- 794
Azərbaycanda zəhərlənmə ilə bağlı 8 hadisə baş verib - Qoşqar Təhməzli
"Bir həftədə içkidən zəhərlənmə ilə bağlı ümumilikdə 8 hadisə baş verib".
News24.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində 13 nəfər zərərçəkən olub, onlardan 4-ü ölüb, biri isə görmə qabiliyyətini itirib.
AQTA sədri bayram günlərində qidalanma ilə bağlı əhaliyə və ictimai iaşə obyektlərinin rəhbərlərinə də müraciət edib.
O bildirib ki, bayram günlərində ictimai iaşə obyektlərində müraciət və istehlak çox olur:
"Yeni il bayramı ilə əlaqədar müxtəlif ictimai iaşə müəssisələrində, restoran, şadlıq saraylarında hazırlıq gedir. Ailələr də fərdi qaydada bayrama hazırlıq edirlər. Bu günlərdə hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir:
"İctimai iaşə obyektlərinin sahiblərini daha diqqətli olmağa səsləyirik. Onlar öz məsuliyyələrini dərk etməlidilər".
Q.Təhməzli bildirib ki, qış turizmi ilə əlaqədar Azərbaycana çoxlu sayda xarici vətəndaşlar gəlir, onlar həm işgüzar səfərə gəlirlər, həm də turist kimi. Bu məqsədlə də ictimai iaşə obyektlərinin sahiblərinə səslənirəm ki, onlar ölkənin imicini də nəzərə almalıdılar, onların hər hansı yanlış hərəkəti Azərbaycanın nüfuzuna mənfi təsir göstərə bilər.
Afaq Mirayiq