-
- 30-12-2019, 15:32
- 769
5 ildə 10 mindən çox insanda viruslu hepatit aşkarlanıb- Azərbaycanda
"Son 5 il ərzində Səhiyyə Nazirliyinin nəzdində “viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” fəaliyyət göstərir".
News24.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov nazirlikdə keçirilən geniş tərkibli kollegiya iclasında deyib.
O qeyd edib ki, bu müddətdə komissiyaya 10803 nəfər müraciət edib, onlardan 7315-nə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib. 2019-cu ildə nazirlik tərəfindən birbaşa virus əleyhinə təsir göstərən yeni nəsil dərman preparatları alınıb.