-
- 10-06-2018, 14:30
- 1 685
"Mədəni insan heç vaxt "Maşın" ətrafında ola bilməz" - Rahidə
Ötən gün "Maşın" şoudan ayrılan müğənni Rahidə Baxışova yarışma ilə bağlı açıqlama verib.
News24.az saytına danışan ifaçı şouda qərarını bir neçə dəfə dəyişməsini belə izah edib:
"Dünən qərarımı bir neçə dəfə dəyişməyimin səbəbləri var idi. Hər şey kənardan göründüyü kimi deyil. Ora tam başqa aləmdir. "Maşın"da qalmaq çox çətindir. Kənarda hər kəs normaldır. Yarışmaya gələn kimi sanki partlayırlar. Bir-biri ilə dava etməyə başlayırlar. Mən isə davakar biri deyiləm.
"Maşın" şouya gedəndə cəmi 4 günlük geyim aparmışdım. Çünki 2 ən çoxu 3 gün sonra məni yola salacaqlarını düşünürdüm. Sakit təbiətimlə onlara maraqsız rəqib olacağımı fikirləşirdim. Mədəni insan heç vaxt "Maşın" ətrafında ola bilməz. Mən də sona kimi öz mədəniyyətimi qorumağa çalışdım.
Orada şou göstərmək lazım idi. Dünən Abbası seçməyim söz-söhbətə səbəb oldu. Mən nə həyatda nə də sənətdə şou göstərmişəm.
O, şouda iştirakçıları idarənin kimliyini də açıqlayıb:
"Murad Dadaşova həqiqətən də halal olsun. Veriliş hər zaman baxımlı olub, olacaq da...
Məni sayıb dəvət etdiyi üçün ona təşəkkür edirəm. O çox ağıllı adamdır. Şouya kimi dəvət edəcəyini yaxşı bilir. Baxın, Roza Zərgərli kənardan necə görünürsə elədir. Hər kəsi R.Zərgərli idarə edir. Əgər kimsə "Mən heç kimə qulaq asmıram" deyirsə inanmayın. Çünki Rozanın yarışma ilə bağlı böyük təcrübəsi var. Elə məni də 7-liyə gətirən Rozanın özü oldu.
Sona qədər heç kimi çıxarmaq istəmirdim. Mən səs-küy sevən insan deyiləm. Təzyiq problemim var. Mənə qətiyyən əsəbiləşmək olmaz. Hətta iştirakçılara yalvarırdım ki, hədəflərini dəyişib məni çıxarsınlar.
Murad Dadaşova sonsuz hörmətimə görə əlimi maşından çəkə çəkməzdim.
İfaçı yorğun olduğunu da dilə gətirib:
"Mən hazırda tərpənə bilmirəm. Bir müddət lazımdır ki, özümə gəlim. Əsəblərim korlanıb. İlk dəfə iştirak etdiyim üçün belə ab-havanın yaranacağın bilmirdim".
R.Baxışova problem yaşadığı iştirakçılarla bağlı da danışıb:
"Yarışmaçıların hər biri ilə dost qalmışıq. Sadəcə bir-birimizi təhqir etməyi, şəxsiyyətimizi alçaltmağı qəbul edə bilmirdim.
İlhamə Bədəlovanı həqiətən tanımırdım. "Maşın" şou başlayandan mənə söz atırdı, sataşırdı. İnsan tanımadığı, ilk dəfə gördüyü biri ilə zarafat edə bilməz. Ürəyim ona görə qırıldı ki, o, bir xanıma yaraşmayan ifadələr işlətdi. Susmağım səbəbi isə tamaşaçılarımdır. Şükür Allaha ki, hər birimizin avtomobili var.
Bir daha qeyd edirəm ki, sayıb dəvət etdikləri üçün minnətdaram, lakin "Bir daha iştirak edərsənmi?" sualını versələr cavabım "Əsla" olar. Amma Murad Dadaşova görə dünyanın o başına gedərəm. Çox gözəl insandır".
Teymur Məmmədov