Vəfat edən fitness müəllimi vaxtilə erməni bayrağını yandırdığı üçün Dubayda həbs olunubmuş
    • 5-01-2020, 15:33
    • 2 368

Vəfat edən fitness müəllimi vaxtilə erməni bayrağını yandırdığı üçün Dubayda həbs olunubmuş

Xəbər verdiyimiz kimi, Bakıda İnam Bayramov adlı fitnes müəllimi idman zalında dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə idmançının əmisi Tərlan Bayramov sosial şəbəkədə yazıb. 27 yaşlı İnam qəfildən yerə yıxılıb. Təcili Tibbi Yardım çağırılsa da, gec olub.
İ.Bayramovun ürəktutmadan öldüyü ehtimal edilir. Mərhum bu gün Salyanın Kür Qaraqaşlı kəndində dəfn olunacaq.
Əldə etdiyimiz məlumata görə, bir müddət əvvəl Dubayda 3 nəfər həmyerlimiz Nicat Fərəcov, Cavid Qafarlı və İnam Bayramov  Ermənistan konsulluğu önündə bayraq yandırdıqlarına görə həbs edilmişdi.