Şəhid əsgər medalla TƏLTİF OLUNDU
    • 8-01-2020, 16:43
    • 1 446

Şəhid əsgər medalla TƏLTİF OLUNDU

Azərbaycanın ötən gün şəhid olan sərhədçi əsgəri Fərzalı Fərzəliyev təltif olunub.

News24.az xəbər verir ki, əsgərin ölümündən sonra layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal bu gün şəhidin dəfn mərasimində atası Əlimövsüm Fərzəliyevə təqdim edilib. 

Qeyd edək ki, yanvarın 7-də Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan sərhədçisi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub. F. Fərzəliyev bu gün doğulduğu Ucar rayonunun Alpı kəndində torpağa tapşırılıb.