Şəhid olan sərhədçi əsgərimizin FOTOSU
    • 7-01-2020, 21:34
    • 2 084

Şəhid olan sərhədçi əsgərimizin FOTOSU

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törətmişlər.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 2020-ci ilin 07 yanvar tarixində saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub.
Verilən məlumata görə, şəhid əsgərimiz sabah torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!
Vətən sağ olsun!