ABŞ-dan ŞOK AÇIQLAMA! UKRAYNA TƏYYARƏSİ RUSİYA RAKETLƏRİ İLƏ VURULUB
    • 10-01-2020, 13:35
    • 787

ABŞ-dan ŞOK AÇIQLAMA! UKRAYNA TƏYYARƏSİ RUSİYA RAKETLƏRİ İLƏ VURULUB

Ukraynanın "Boeing 737" təyyarəsi İranda Rusiya istehsalı olan iki raketlə vurulub.

News24.az "CNN"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ nümayəndəsi məlumat verib. Təyyarənin iki "yer-hava" raketləri ilə məhv edildiyi bildirilib.  Buna baxmayaraq ABŞ tərəfi qəzanın təsadüfi olduğunu düşünür.

Pentaqondakı bir sıra mənbələr artıq Ukraynanın Beynəlxalq Hava Yollarının sərnişin laynerinin İranın Rusiyadan aldığı "Tor" hava hücumundan müdafiə sisteminin (SAM) vurması nəticəsində baş verə biləcəyi ilə bağlı versiyanı səsləndiriblər. Bundan əlavə, Tehranın hava limanından havaya qalxdıqdan bir müddət sonra yaxınlıqda iki raketin atılması qeyd edilib və qəzadan əvvəl təyyarənin yaxınlığında səmada partlayış baş verib.

Qeyd edək ki, Tehran-Kiyev aviareysini yerinə yetirən "Boeing 737" yanvarın 8-də səhər uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. 168 sərnişin və 9 ekipaj üzvü həyatını itirdi.