-
- 10-01-2020, 19:07
- 1 015
Azərbaycanda inanılmaz hadisə - Oğurlayıb 60 min tələb etdilər
Şamaxıda kişinin hədələnərək ondan pul tələb edilməsi hadisəsi ilə bağlı açılan cinayət işinin istintaqı yenidən aparılıb.
News24.az-ın məlumatına görə, Nazir Nübarinin hədələnməsi və 60 min manat tələb edilməsi ilə bağlı Şahbazov Dünyamalı Şahmurad oğlu və Əzizova Elnarə Əvəz qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-cü, yənə hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak ələ keçirmək niyyətilə törədildikdə maddəsi ilə açılan işin materialları yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası yanvarın 21-nə təyin edilib.
Qeyd edək ki, tutulan 1990-cı il təvəllüdlü Dünyamalı Şahbazov daha əvvəl də məhkumluq həyatı yaşayıb. Şamaxı rayonu Şəhriyar qəsəbəsində Rusiya vətəndaşı Dünyamalı Şahbazov şəxsiyyəti məlum olmayan şəxslərlə birləşərək Nazir Nübarinin yaşadığı evin həyətinə gələrək ona zor tətbiq etməklə avtomobilə mindirib, sonra qəsəbədəki Bayraq Meydanı adlanan əraziyə gətiriblər. Həmin şəxslər orada Nazir Nübarini döyərək hədə-qorxu yolu ilə ondan 60 min manat tələb ediblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Dünyamalı Şahbazov şübhəli şəxs qismində tutulub. İstintaq orqanı tərəfindən Dünyamalı Şahbazovun barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (kədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib. Bu işdə Nübari Nazirin xanımı da zərərçəkmiş kimi tanınıb.
İttihama görə, Dünyamalı Şahbazov Bəxtiyar Həsənzadənin intiharında da suçlanır. İddiaya görə, Dünyamalı Şahbazovun Bəxtiyar Həsənzadədən külli miqdarda alacağı olub. Həmin məbləğin 30 minini qaytaran Bəxtiyar Həsənzadə pulun 70 minini qaytara bilmədiyi üçün intihar edib. Bu işlə bağlı daha bir ilginc məqam var. Belə ki, Bəxtiyar Həsənzadənin intiharı ilə bağlı Elnarə Əzimzadə adlı şəxs də saxlanılıb.
Səs-küylü intihar hadisəsi ilə bağlı yayılan məlumatlara göstərilirdi ki, mərhum Bəxtiyar Elnarə ilə bir neçə ay sevgili olub. Onlar ayrıldıqdan sonra isə Bəxtiyar intihar edib. Lakin Bəxtiyarın intiharı ilə bağlı başqa bir iddia da var. Bildirilir ki, Elnarə Bəxtiyarla sevgili olduqdan sonra onunla arasında yaranan münasibətdən istifadə etməyə başlayıb. İddiaya görə, Elnarə, Dünyamalı Şahbazov və başqa bir şəxs birlikdə plan quraraq Bəxtiyar Həsənzadəni intim görüntülərinin olması ilə şantaj etməyə başlayıblar. Onlar Bəxtiyarın bu münasibətini yaxınlarına deyəcəkləri adı ilə ondan külli miqdarda pul tələb ediblər. Elnarə Əzimzadə isə bir müddət əvvəl həbs edilib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsə də sonradan dəyişdirilib və o, həbs edilib.
Elnarə Əlizadə həbs edilmədən əvvəl criminal.az saytına açıqlama verib. O, deyib ki, həbsi mərhum Bəxtiyarın vəzifəli qohumlarının sifarişidir. Elnarə söyləyib ki, Bəxtiyarın evli olduğunu bilməyib və onunla sevgili olib. Sonradan Bəxtiyarın evli olduğunu öyrənib və münasibətlərə son qoyub: "İstintaq məni Bəxtiyarı özümdən asılı etməkdə günahlandırır, onun da intiharını bununla bağlamağa cəhd edir. Bu isə absurddur. Buna nə aramızdakı münasibət, nə də mənim imkanlarım yol verir. Guya Bəxtiyarla münasibətlərini sosial şəbəkələr vasitəsilə ictimailəşdirərək, ailəsini xəbərdar etməklə onu özümdən asılı etməyimə dair istintaqın iddialarının heç bir əsası yoxdur. Mən niyə onu və özümü biabır edərdim? Bəxtiyarın arvadı münasibətlərimizdən xəbərdar olduqdan sonra da onların ər-arvad münasibətləri davam edib. Nigahlarının pozulması isdiqamətində heç bir hal baş verməyib. Yəni, xanımı bizim aramızda münasibətinin olduğunu bildiyi halda, mən Bəxtiyarın bu haqda onun ailəsinə məlumat verməklə necə təhdid edə bilərdim? İstintaq sadəcə Bəxtiyarın arvadının ifadəsinə görə bu cür əsassız qənaətə gəlib. Güya mən Bəxtiyarın sosial şəbəkələrdəki hesablarında onun adına qeydiyyatdan keçrilmiş səhifələrə giriş kodlarını ələ keçirib yenisi ilə əvəz etmişəm. Sonra Bəxtiyar və onun ailə üzvlərinə məxsus məlumatları yaymaqla amansız rəftar etməklə birlikdə çəkdirdiyimiz şəkilləri paylaşmaqla ailə münasibətlərinin pozulmasına səbəb olmağa çalışmışam. Həmçinin Bəxtiyarın arvadı Həsənzadə Sevdaya "Bəxtiyar ya mənim olacaq, ya da qara torpağın” məzmunlu mesajlar yazaraq, barəsində olan rüsvayedici məlumatları yayacağım ilə hədə-qorxu gəlməklə Bəxtiyarı ölüm həddinə çatdırmışam. Bunlar da tamimilə uydurmadır. Nə mənim belə bir mesajım var, nə də kiməsə hədə-qorxu gəlmək gücüm. Mənə bu ittihamın verlməsinə əsas Bəxtiyarın həyat yoldaşının qısqanclıq hissi ilə vermilmiş ifadəsi olmuşdur. Əgər doğrudanda belə bir təhdid olubsa, nə səbəbdən mərhumun özü və arvadı hədə-qorxuya məruz qalan zaman yəni, təxminən 2017-ci ilin dekabrın axırlarından Bəxtiyar intihar edən günə qədər hüquq-mühafizə orqanlarına müraciət etməyiblər? Deməli, bu iddia yalandır”.
Sonuncu məhkəmə iclasında Dünyamalı Şahbazovun vəkili Vüqar Xasayev vəsatətlə çıxış edib. Vəkil bildirib ki, Dünyamalı Şahbazovun işini araşdıran ibtidai istintaq orqanı qanun pozuntularına yol verib. Vəkil buna görə işin ibtidai istintaq orqanına qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib və iş ibtidai istintaqa qaytarılıb.