İranda Ukrayna təyyarəsinin qəzaya uğramasının tam xronologiyası AÇIQLANDI - VİDEO
    • 13-01-2020, 15:25
    • 846

İranda Ukrayna təyyarəsinin qəzaya uğramasının tam xronologiyası AÇIQLANDI - VİDEO

Amerikanın "The New York Times" qəzeti İranda "Ukrayna Beynəlxalq Hava Yolları"na məxsus "Boeing"in qəzaya uğramasının tam xronologiyasını hazırlayaraq dərc edib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə İran Amerikanın hərbi obyektlərinə zərbə endirdikdən və hava hücumundan müdafiə qüvvələrinin istifadəsinə verilməsindən dörd saat sonra vurulub. 

İddia olunur ki, artıq yüklərin boşaldılması səbəbindən təyyarə cüzi gecikmə ilə yola düşüb, lakin öz istiqaməti üzrə uçub.

İlk üç dəqiqə ərzində layner 2,4 kilometr yüksəkliyə qalxıb və bütün bu müddət radarlarda əks olunub. Bir neçə dəqiqədən sonra elektron sistemlər işini dayandırıb və təyyarədən son siqnal alınıb. Bir neçə saniyə ərzində İranın hava hücumundan müdafiə raketi təyyarəni vurub və təyyarədə alovlanma başlayıb. Nəşrin yazdığına görə, layner  ölkənin gizli hərbi bazalarından atılan raketlə vurulub.

Ukrayna təyyarəsinin yerə düşməsi bir neçə dəqiqə sonra baş verib. Dağıntılar qəza yerindən təxminən 500 metr məsafəyə səpilib. Ümumilikdə uçuş yeddi dəqiqə davam edib.

Qeyd edək ki, qəzada 83 iranlı da daxil olmaqla 176 nəfərin ölüb.