"Yol çökməyib, hər şeyi öz adı ilə demək lazımdır" - AAYDA rəhbəri
    • 15-01-2020, 12:22
    • 545

"Yol çökməyib, hər şeyi öz adı ilə demək lazımdır" - AAYDA rəhbəri

"Yol çökməyib. Hər şeyi öz adı ilə demək lazımdır".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Bibiheybət yolunda baş verən hadisə ilə bağlı danışarkən deyib: "Bu yol 2008-ci ildə Nəqliyyat Nazirliyinin tərkibində olan Azəryolservis tərəfindən təmir olunub. Orada yeni yol çəkilişi zamanı iki yamac arasında olanda çökmədə tökmə torpaqdan istifadə edllib ki, mövcud yolun səviyyəsinə çatsın. Bu zaman tökülən torpaqların uçmasının qarşısını almaq üçün istinad divarı tikilmişdi. Həmin istinad divarlarında müəyyən xətalara yol verilmişdi. Bu zaman nəzərə alınmışdı ki, iki hərəkət zolağı bir istiqamətdə, ikisi isə əks istiqamətdə olsun. Amma sonradan yolun eni hərəkət zolağının artırılmasına zəmin yaradıb. Lakin, istinad divarlarının möhkəmliyi nəzərə alınmamışdı. Bu zaman intensivlik artmış, dinamik təzyiqlər həmin divara təsir etmiş, yağış sularının yol səthinə ötürülməsi, düzgün hesablanmaması müəyyən sızmalar nəticəsində divara düşən yüklərin ağırlığı hesabına divar uçub". 

S.Məmmədov onu da əlavə edib ki, bu, ümumi yolun cəmi 75 metr hissəsini əhatə edib. Biz tezliklə ii hərəkət zolağını bərpa etdik: "Artıq aşağıda mütəxəssislər tərəfindən hesablanmış istinad divarları tikilir. May ayına qədər divarı tikib, tam təminatını verib, istismara verəcəyik".

Teymur Məmmədov