Gələn həftə ölkəmizdə qaçqın statusu ilə yaşayan əcnəbilərə YOL SƏNƏDLƏRİ VERİLƏCƏK
    • 15-01-2020, 11:40
    • 755

Gələn həftə ölkəmizdə qaçqın statusu ilə yaşayan əcnəbilərə YOL SƏNƏDLƏRİ VERİLƏCƏK

"Qaçqın statusunda yaşayan əcnəbilərə yol sənədinin- pasportların verilməsi hazırlıq prossesi tam yekunlaşdırılıb".

News24.az -ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, yol sənədi və onun nümunəsi artıq hazırdır:" Yanvarın 23 -də ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərə yol sənədlərinin verilməsi təmin ediləcəkdir. Bununla bağlı tədbir də nəzərdə tutulub".

V.Hüseynov onu da əlavə edib ki, yol sənədi əsasında ölkəmizdə bu statusda yaşayan əcnəbilər sərhədkeçmə sənədi kimi digər ölkələrə də səfər edə biləcəklər".

Afaq Mirayiq