34 yaşlı qadın dərmandan zəhərləndi
    • 15-01-2020, 23:06
    • 1 627

34 yaşlı qadın dərmandan zəhərləndi

Şəkidə zəhərlənmə hadisəsi baş verib.
News24.az xəbər verir ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Səidə Məmmədkərimova zəhərlənmə əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı xəstənin dərmandan zəhərlənməsi məlum olub.
Xəstə dediyinə görə, onun vəziyyəti dərman qəbul etdikdən sonra pisləşib. Xəstəyə yardım göstərilib, onun vəziyyətinin kafi olduğu bildirilir.