"Yoxsul təbəqələrin tam təmin edilməsinə yönələn proqramlara üstünlük verməliyik" - Qulam İsaqzayi
    • 16-01-2020, 10:51
    • 661

"Yoxsul təbəqələrin tam təmin edilməsinə yönələn proqramlara üstünlük verməliyik" - Qulam İsaqzayi

"BMT-nin inkişafa yardım sistemində geniş miqyaslı dəyişikliklər baş verməkdədir".

News24.az-ın xəbərinə görə, bunu BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrinin müəyyənləşdirilməsi məqsədilə konfransda BMT-nin Rezident Əlaqələndiricisi Qulam İsaqzayi deyib. Onun sözlərinə görə, bu Azərbaycanda da həyata keçirilir: "Hökumətlə sıx işləyirik. Bir halda ki, hökumət iqtisadiyyati inkişaf etdirmək istəyir. BMT-nin Baş Katibi 2030-cu ilə olan gündəliyin icrasında yenilik gətirmək niyyətində idi. Azərbaycan bu məqsədləri icra etmək istəyirsə 2030- cu ilə olan gündəliyə öz təkliflərini verməlidir. Bu tarixdə görülməmiş gündəlikdir. İqlim dəyişikliyi, bərabərliyin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması məsələsini BMT özü tam mənada icra edə bilməz".

Q.İsaqzayi onu da əlavə edib ki, 2030-cu ilə kimi qarşısında duran çətinliklərin təhlili aparılır:" İstərdik ki, BMT nin tərəfdaşı olan bütün ölkələr, o cümlədən, Azərbaycan və BMT yə daxil oımayan ölkələr də bizə qoşulsun. Çalışır ki, 2030 ilə kimi heç bir ölkə kənarda qalmasın. Xüsusilə, insanlara yönələn, gender bərabərliyinə yönələn, yoxsul, zəif təbəqələrin tam təmin edilməsiinə yönələn proqramlara üstünlük verməliyik. 2030 -cu ilin gündəliyinin icrası daha dayanıqlı, daha etibarlə əməkdaşlıq çərçivəsində müəyyən edilməli və təmin edilməlidir".

Afaq Mirayiq