-
- 14-11-2018, 11:08
- 826
Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə işsizlərin işə cəlb olunma faizi yüksəldiləcək
“2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəflərindən biri də Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə işə düzələn işçilərin sayını əhəmiyyətli dərəcədə artırmaqdır”.
Bunu “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov “Vergilər” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, 2017-ci ilin və bu ilin 9 ayının göstəricilərinə əsasən, məşğulluq xidməti orqanlarına müraciət edən vətəndaşların 40 faizinin işlə təmin olunmasına kömək göstərilir. İ.Həsənov qeyd edib ki, 2030-cu ilə qədər bu göstəricinin 70 faizə çatdırılması nəzərdə tutulur: “Bu da, əsasən, məşğulluq xidməti orqanları tərəfindən həyata keçirilməli olan tədbirlər sırasındadır. Bizə müraciət edən işsiz vətəndaşların peşə hazırlığı kursları vasitəsilə işə cəlb olunması faizi yüksəldiləcək. Hazırda bu faiz çox aşağıdır: müraciət edənlərin təxminən 3 faizi peşə hazırlığı kurslarına cəlb olunur. Biz bu göstəricini 2030-cu ilədək 20 faizə qədər artırmalıyıq”.
Şöbə müdiri əlavə edib ki, hazırda Azərbaycanda cəmi 3 Regional Peşə Tədris Mərkəzi mövcuddur, dördüncüsü isə Gəncədə qurulur. İ.Həsənov qeyd edib ki, 2030-cu ilə qədər bu mərkəzlərin sayı 10-a çatdırılmalıdır. Onun sözlərinə görə, qeyd olunan dövrə qədər özüməşğulluq proqramları da davam etdiriləcək. Nazirlik rəsmisi bildirib ki, 2017-ci ildə bu proqramlara təxminən 1 400 ev təsərrüfatı cəlb olunub. Onun sözlərinə görə, bu rəqəm 2020-ci ilədək təxminən 6 dəfə artırılmalı, təxminən 8 400 ev təsərrüfatı özüməşğulluq proqramına cəlb edilməlidir.
İ.Həsənov strateji hədəflərin həyata keçirilməsindən gözlənilən nəticələr barədə də danışıb: “Ən böyük gözləntilərdən biri layiqli əmək imkanlarının genişləndirilməsidir. Təhsil sisteminin əmək bazarı ilə uyğunluğunun təmin edilməsi də uğurlu nəticənin əldə olunmasında vacib rol oynayacaq. İkinci mühüm nəticə məşğulluq və sosial müdafiə arasında əlaqənin güclənməsini təmin etməkdir. Yəni, məşğulluq daha çox sosial müdafiəyə ehtiyacı olan insanların aktiv əmək bazarına inteqrasiyasına yönəldiləcək. Bu cür insanların passiv məşğulluqdan aktiv məşğulluğa yönəldilməsindən ümumi iqtisadiyyat xeyir görəcək. Yəqin ki, tezliklə hazırlanacaq beşillik tədbirlər planlarında bütün bunlar konkret şəkildə öz əksini tapacaq. 2019-2024 və 2025-2030-cu illər ərzində həyata keçiriləcək tədbirlərin monitorinqləri və qiymətləndirilməsi aparılacaq, məşğulluq xidməti orqanları bununla bağlı müntəzəm olaraq öz hesabatlarını təqdim edəcəklər”.
//Report