-
- 22-01-2020, 16:58
- 1 286
Bakıda vəzifəli şəxsə rüşvət verən 2 nəfər tutuldu
Bakıda rüşvət verdiyinə görə barələrində cinayət işi açılan şəxslərdən xəbər var.
News24.az-ın məlumatına görə, Yaqub Məmmədov və Namiq Qocayev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312.2-ci, yəni, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi ilə açılan işin ibtidai istintaqı başa çatdırılıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiyanın icraatına verilib.
Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.