Ölkəyə partlayıcı keçirmək istəyən şəxs SAXLANILDI - FOTO
    • 23-01-2020, 10:50
    • 685

Ölkəyə partlayıcı keçirmək istəyən şəxs SAXLANILDI - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sorğu-sual zamanı o, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin yanacaq çənindən 800 ədəd üzərində "Mega Piratka" yazısı olan pirotexniki vasitə və 140 ədəd "Roman Candle" yazılan fişənglər aşkarlanıb.