-
- 13-11-2018, 20:30
- 971
Böyük Britaniya hökuməti "Brexit" üzrə müqavilənin mətnini razılaşdırıb
Böyük Britaniya hökuməti Brüssellə "Brexit"in şərtləri üzrə müqavilənin mətnini razılaşdırıb və Avropa İttifaqından cavab gözləyir.
u barədə Birləşmiş Krallığın Nazirlər Kabinetindən məlumat verilib.
"Bəzi kiçik məsələlər qalır. Qalan problemlər Brüssellə bağlıdır", - deyə Böyük Britaniya Baş naziri Tereza Meyin nümayəndəsi jurnalistlərə bildirib. O qeyd edib ki, "Brexit" üzrə danışıqlar dünən Brüsseldə gecə saatlarına qədər davam edib və bu gün səhərdən bərpa edilib.
Nümayəndənin sözlərinə görə, Baş nazir həmçinin hökumətə danışıqlar prosesinin yaxşı getdiyini və tərəflərin irəliləyiş nümayiş etdirdiklərini bildirib.
Daha əvvəl Baş nazirin dəftərxanasının rəhbəri Devid Lidinqton jurnalistlərə açıqlamasında ən qısa zamanda - 24 və ya 48 saat ərzində müqavilənin imzalanmasının gözlənildiyini söyləyib.
//Report