-
- 24-01-2020, 14:31
- 670
Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə BAŞ ÇƏKDİ
Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə xəstəxanada baş çəkib.
News24.az-ın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" hesabında məlumat paylaşıb
O bildirib ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı yanvarın 23-də məktəbə gedərəkən minik avtomobili vurub: "Onların hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini "Baku City Hospital"da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".