Küçənin ortasında bıçaqladı - ŞƏMKİRDƏ QANLI DAVA
    • 10-07-2019, 10:32
    • 1 420

Küçənin ortasında bıçaqladı - ŞƏMKİRDƏ QANLI DAVA

Şəmkirdə bıçaqlanma hadisəsi törətmiş şəxsə açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Toğrul Məmmədovu küçədə bıçaqladığı üçün barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü, yəni, qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikə maddəsi ilə cinayət işi açılan Ağali Salahov Gəncə Ağır Cinayətlər Məhkəməsinə çıxarılacaq. İşə hakim Faiq Mahmudovun sədriyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin edilib.