-
- 26-01-2020, 14:17
- 1 029
Türkiyədəki Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatır
Türkiyədəki Azərbaycan vətəndaşlarının təxliyəsi başa çatır.
News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
İ.Məmmədov bildirib ki, birinci və ikinci avtobuslar Naxçıvan artıq aeroportuna çatıb. "84 vətəndaşımız burda istirahət edirlər və 3-cü avtobusu gözləyirlər. Üçüncü avtobusumuz isə hazırda Sədərk Gömrük Keçid Məntəqəsindən keçir. Həmin avtobusda da 16 vətəndaşımız var. Onların təxminən 1 saat sonra Naxçıvan aeroportunda olacaqları gözlənilir.
Onlar prezidentin tapşırığı ilə Naxçıvana gəlmiş xüsusi təyyarə reysi ilə Bakıya uçacaqlar", - deyə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri qeyd edib.