"Gəlin, mənim də əlimi öpün" - TOLİK DEPUTATLIĞA NAMİZƏDLƏRƏ SÖZ ATDI
    • 28-01-2020, 19:08
    • 538

"Gəlin, mənim də əlimi öpün" - TOLİK DEPUTATLIĞA NAMİZƏDLƏRƏ SÖZ ATDI

Xəzər Televiziyasında yayımlanan "Hər şey daxil" verilişində gözlənilməz açıqlamalar səsləndirilib.

News24.az xəbər verir ki, proqramın aparıcısı Tarix Əliyev bəzi deputatlığa namizədlər barədə danışıb: "Millət vəkili seçilmək istəyən bəzi adamlar, bu camaatın əl-ayağına düşüb niyə öpürsünüz? Sonra da o şəkilləri İnstaqram-da yayırsınız. Ayıbdır, özünüzə hörmət eləyin. Bu günə kimi bunu etməmisiniz, bir deputatlıq mandatına görə yıxılmısınız bir ananın ayağını öpürsünüz. Lap tutaq ki, öpmüsüz, niyə şəkili çəkib yayırsiniz? Biri gedib əl

öpür, qıraqdan şəkil çəkdirir ki, şəhid anasının əlindən öpüb. Bunu indiyədək öpəydiniz də...  Bizə sizin əl öpməyiniz lazım deyil. Siz o kresloya görə əl öpürsünüzsə, öpməyin. Siz platformanızı bizə göstərin, neyləmək istəyirsiniz. Biz bunu bilək. Bu, nə oyundur, bu, nə "maskişou"dur edirsiniz?  Əl öpmək mərasimi Türkiyədə görmüşük ki, Qurban bayramında, atalar-analar bayramında olur. Bu vaxtacan öz ananızın əlini öpməmisiniz, gedib camaatın əlini öpürsünüz. Guya, siz bununla xal qazanacaqsınız?! Ayıbdır, bir az özünüzə hörmət edin. Bu, mənim şəxsi fikrimdir. İstəyir buna görə mənə cəza versinlər, istəyir tənqid esinlər... Millət vəkili olmaq üçün çıxın normal bir çıxış edin, fikirlər irəli sürün. Yoxsa qapı-qapı düşüb əl öpürlər, Gəlin, mənim də əlimi öpün". 

Sevda Bayramova