Masallıda 7 otaqlı EV YANDI
    • 7-10-2019, 13:58
    • 942

Masallıda 7 otaqlı EV YANDI

Masallı rayonunda yanğın olub

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, Masallı rayonunun İsgəndərli kəndində ümumi sahəsi 264 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.