Azərbaycanın əməkdar artistinin gəlini öldü - FOTO
    • 31-01-2020, 10:14
    • 1 284

Azərbaycanın əməkdar artistinin gəlini öldü - FOTO

Azərbaycan Memarlar İttifaqının üzvü, Şöhrət ordenli memar Nazim Hacıbəyova ağır itki üz verib.

News24.az-ın məlumatına görə, 92 yaşlı qocaman memarın həyat yoldaşı Nazimə xanım vəfat edib.

Qeyd edək ki, Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. O, müxtəlif illərdə Memarlar İttifaqının İdarə heyəti sədrinin müavini, baş məsləhətçi və s. vəzifələrdə çalışıb. “Gülüstan” sarayının layihəsinə görə o, Azərbaycan Dövlət mükafatına layiq görülüb.

N.Hacıbəyov Azərbaycan SSR-nin əməkdar artisti Cahan Talışinskayanın oğludur.

Allah rəhmət eləsin.